“İnterfaks”ın verdiyi xəbərə görə, “S7” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərdən birinin halı pisləşib.

Buna görə təyyarə təcili olaraq Perm hava limanına eniş edib.

Bildirilir ki, sərnişinlərdən birinin təzyiqi aşağı düşüb, buna görə də ən yaxın hava limanında təyyarəni saxlamaq qərarına gəliblər.

Vəziyyəti narahatlaşan sərnişinə ilk tibbi yardım göstərildikdən sonra o xəstəxanaya aparılıb.

Bir neçə saatdan sonra təyyarə uçuşu davam etdirib.