Rusiya Çinin məhdudlaşdırıcı tədbirlərinə qoşulub və Yaponiyadan balıq məhsullarının tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rosselxoznadzorun press-relizində deyilir.

"Ehtiyat tədbiri olaraq, bu ilin oktyabrın 16-dan Rosselxoznadzor Çinin Yaponiyadan balıq və dəniz məhsullarının idxalı ilə bağlı müvəqqəti məhdudlaşdırıcı tədbirlərinə qoşulur", - agentliyin açıqlamasında deyilir.

Xatırladaq ki, Çinin Baş Gömrük İdarəsi avqustun 24-dən Yaponiyadan dəniz məhsulları idxalına qadağa qoyub. Çinin bu qərarı Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasından çirklənmiş suyu dənizə axıtması ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycana bu ilin yanvar-avqust aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri 19,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova