Almaniya məhkəməsi “Apple” korporasiyası tərəfindən “Qualcomm” şirkətinin patentinin pozduğuna görə Almaniya ərazisində “iPhone”un bəzi modellərinin satışına qadağa qoyub.

İqtisadiyyat.az xəbər verir ki, qadağa “iPhone 7”, “iPhone 7 Plus”, “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” modellərinə şamil olunub.

Çip istehsalçısı olan “Qualcomm” şirkəti “Apple”ı öz patentlərini pozmaqda günahlandırır və ayrı-ayrı ölkələrdə “iPhone”un satışlarını qadağan etdirməyə can atır.

Ötən həftə məlum oldu ki, hələ 30 noyabrda Çin məhkəməsi “Qualcomm”un analoji iddiası üzrə “iPhone 6s”dən “iPhone X”ə kimi olan modellərin satışına qadağa qoyub.

Xatırladaq ki, sözü gedən patentlərdən biri şəkillərin redaktə olunması funksiyası, digəri isə sensor ekran vasitəsilə tətbiqlərin idarə olunması ilə bağlıdır.fed.az