Azərbaycanın daha 1 sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, 97 kq çəki dərəcəsində Maqomedxan Maqomedov Macarıstanı təmsil edən Vladislav Baytsayevə 6:0 hesabıyla qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatının finalına yüksəldi.