Ötən gün "Rəfah" və "Kerem Şalom" keçid məntəqələrindən Qəzza zolağına humanitar yardım daşıyan 145 yük maşını daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi agentliyi məlumat yayıb.

Qida, dərman və digər humanitar ləvazimatlar daşıyan 145 yük maşını ötən gün Qəzzaya daxil olub. 

Agentlik Qəzzada, xüsusən də yüz minlərlə insanın qaldığı anklavın şimal hissəsində qida təhlükəsizliyi və infeksiya riskinin artması ilə bağlı narahatlığını da qeyd edib. 

 

Əli Ağayev