"Lester” klubunda yeni baş məşqçi Din Smitin köməkçilərinin adı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri də “tülkülər”də çalışacaq. O, mövsümün sonuna qədər baş məşqçiyə kömək edəcək.

Smitin digər yardımçısı Kreyq Şekspir olacaq.