İsrail və HƏMAS hərəkatı çox güman ki, bu həftənin sonuna qədər Qəzza zolağında atəşkəslə bağlı razılığa gələ bilməyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN hərəkatın nümayəndəsi və digər mənbələrinə istinadən məlumat yayıb.

Qrupun Siyasi Bürosunun üzvü Hussam Badran danışıqları davam etdirmək üçün HƏMAS nümayəndə heyətinin Qahirəyə qayıtma vaxtını şərh edərkən deyib: "Yeni heç nə yoxdur". 

Adı açıqlanmayan digər diplomatik mənbə isə qeyd edib ki, tərəflər həftənin sonuna qədər razılığa gəlməyə ümid edirdilər, lakin bu baş verməyəcək. O, həmçinin əlavə edib ki, HƏMAS nümayəndə heyətinin Misiri tərk etməsindən əvvəl aparılan danışıqların son günləri "çox xaotik" olub.

Daha əvvəl "The Wall Street Journal" öz mənbələrinə istinadən yazıb ki, HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəsin əldə edilməsi və girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün bazar günü Qahirəyə qayıda bilərlər.