“Philips”in törəməsi olan Çinin “TCL” şirkəti qatlanan smartfonların bir sıra variantını patentləşdirib.

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, bunların arasında xüsusi maraq doğuran biləkdə gəzdirilə bilən qatlanan modeldir.

Qeyd olunur ki yeni smartfon-qolbağ ağıllı saat və smartfon arasında bir kompromiss olacaq.

Xatırladaq ki, hələ 3 il əvvəl “Lenovo” smartfon-qolbağ prototini hazırlayıb. 2010-cu ildə isə “Nokia” şirkəti “Morph” adlı oxşaq konsepti nəzərdən keçirirdi.

cf7b047a-b42f-45d4-933b-be64c2567c1a.jpg