Çinin Parisdəki səfirliyi Fransanın müxtəlif şəhərlərində davam edən iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, Fransanın müxtəlif şəhərlərində zorakılıq və iğtişaşlar ilə əlaqədar Çin səfirliyi həmvətənlərinə ehtiyatlı olmağı, hadisələr baş verən ərazilərə getməməyi tövsiyə edib.

Çinin Parisdəki səfirliyi və Fransanın müxtəlif şəhərlərindəki baş konsulluqları həmvətənlərinə ictimai təhlükəsizlik vəziyyətinə diqqət yetirməyi, fərdi mühafizəni və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün tədbirli olmağı məsləhət görüb.

Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Cümə gecəsi baş verən toqquşma zamanı 249 polis və jandarm yaralanıb.

“Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.