Çində ötən sutka ərzində bir nəfərdə yeni növ koronavirusun aktiv forması və 28simptomsuz yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxma halı Şanxayda qeydə alınıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Hazırda 404 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 993nəfərə çatıb. Ölkədə müalicə alan 78 280nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, ölkə üzrə 79 nəfər müalicə alır. 
(report)