Çinin cənubunda "Talim" qasırğası səbəbilə 230 minə yaxın insan təxliyə edilib.

İqtisadiyyat.az "BBC"ə istinadən xəbər verir ki, Çinin cənubundakı Quandun əyalətində təsirli olan "Talim" qasırğası səbəbilə insanlar evlərindən təxliyə edilib.

Məlumata görə, küləyin sürətinin saatda 140 kilometrə qədər artması fonunda yüzlərlə təyyarə və qatarın reysləri ləğv edilib.

 

Gözəl Həşimova