"Ukraynadakı münaqişəni yalnız sülh danışıqları həll edə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Pekində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borellə görüşündə deyib.

"Ukraynadakı böhrana yalnız danışıqlar yolu ilə son qoymaq olar. Çin sülh və danışıqları təşviq etməkdən imtina etməyəcək. Biz həmişə sülh və dialoqun tərəfində olacağıq", - Vanq Yi qeyd edib.

Onun sözlərinə görə, Çin və Aİ birlikdə Ukraynadakı münaqişənin siyasi həlli üçün şərait yaratmalı və Avropada sülh və sabitliyin bərpasına töhfə verməlidir.

Qeyd edək ki, oktyabrın 12-də Borel Çin-Avropa Yüksək Səviyyəli Strateji Dialoqun 12-ci raundunda iştirak etmək üçün Pekinə səfər edib. Səfər oktyabrın 14-də başa çatacaq.