"Pekin Tayvan boğazı üzərindən yüksəksürətli dəmir yolu çəkmək imkanına malikdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahatlar Komitəsinin sədr müavini Tsunq Lianqın bəyanatına istinadən məlumat yayıb.

Rəsmi şəxsin sözlərinə görə, Çin bu gün Fujian əyalətindən Tayvan adasına qədər yüksək sürətli dəmir yolu qurmaq üçün mühəndis və texniki imkanlara malikdir. Hələlik yolun özü və tikinti qrafiki barədə ətraflı məlumat yoxdur.

SCMP Tsunq Lianqdan sitat gətirib: "Biz hər iki tərəfdəki insanların yüksək sürətli qatarla Tayvan boğazını keçmək arzusunu yaxın gələcəkdə həyata keçirmək üçün birlikdə çalışmalıyıq".

Tsun Lianqın qeyd etdiyi kimi, materik və ada arasındakı dəmir yolu Tayvan mallarının Avrasiya bazarlarına çatmasına kömək edəcək, eyni zamanda Çinin “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsünü inkişaf etdirəcək.