Çin Rusiya ilə kənd təsərrüfatı sahəsində bütün istehsal sahələri üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Çin Xalq Respublikası Sədrinin müavini Van Tsişan deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər yeni imkanlarla üz-üzədir və bu, Çin-Rusiya münasibətlərini daha yüksək səviyyədə inkişaf etdirməyə imkan verir:

“Çin Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını mərhələli şəkildə artırmağa və kənd təsərrüfatı sahəsində bütün istehsal sahələri üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırdır”.