Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Komissiyası ofisinin direktoru və ÇKP Siyasi Bürosunun üzvü Vanq Yi Çin-Rusiya münasibətləri böyük beynəlxalq qarışıqlıq şəraitində daha da sabitləşib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Çətin beynəlxalq vəziyyət şəraitində, iki ölkə liderlərinin strateji rəhbərliyi altında, Çin-Rusiya münasibətləri daha yetkin, sabit və tam olduğunu sübut edərək, beynəlxalq qarışıqlıq sınağından çıxdı", - məlumatda qeyd edilir.

Çinli diplomat vurğulayıb: “Çin BRICS ölkələri arasında əlaqələri daha güclü, möhkəm və geniş etmək, həmçinin inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək üçün Rusiya və digər BRİCS ölkələri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır”.