Çin və Rusiyanın birgə təlimi başa çatdıqdan sonra dəniz və hava patrullarına başlamağı planlaşdırır.

İqtisadiyyat.az bu barədə “Global Times”ın hesabatına istinadən xəbər verir.

Təlimin komandiri kontr-admiral Çiu Vinşinq təlimin strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi və iki ordunun donanması, hərbi hava qüvvələrinin birgə imkanlarının tətbiqi baxımından böyük Çin-Rusiya birgə təlimi hesab edilir.

Eyni zamanda təlimlər Şimal-Şərqi Asiyada sabitliyi qorumaqla yanaşı, iki ölkə arasında strateji əməkdaşlığı da artırır. İki ölkənin donanması və hava qüvvələrinin iştirak etdiyi hərbi manevrlə məqsədyönlü təlimlər tamamlanıb.

Qeyd edək ki, təlimin bağlanış mərasimi 4 gün ərzində komanda mərkəzi olan “Qiqihar” hərbi gəmisində keçirilib. 

Ekspertlər 4 gün davam edən “Şimal/Qarşılıqlı Fəaliyyət-2023” adlı birgə təlimin iki ölkənin təhlükəsizlik təhdidlərinə qarşı yüksək səviyyəli hərbi əməkdaşlığını göstərdiyini şərh ediblər. Bildiriblər ki, növbəti dəfə Çin-Rusiya dəniz və hava qüvvələrinin Sakit Okeanda birgə patrul əməliyyatları keçirməsi planlaşdırılır.