Çin prezidenti Xi Jinping Hondurasla dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirəcəklərini və ölkənin "iqtisadi və sosial inkişafına dəstək verəcəklərini" bildirib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Si Çində rəsmi səfərdə olan Honduras prezidenti Xiomara Kastro ilə görüşüb.

Görüş zamanı Si Kastronu diplomatik yolla tanımaq qərarına görə təbrik edib və Çinin Hondurasla qarşılıqlı hörmət, fayda və bərabərlik əsasında dostluq və tərəfdaşlıq münasibətlərini davam etdirəcəyini, ölkənin "iqtisadi və sosial inkişafına dəstək verəcəyini" bildirib.

Kastronun Hondurasın ilk qadın prezidenti olaraq milli inkişafda müstəqil yol açaraq xalqına rəhbərlik etdiyini ifadə edən Xi, qonağının əri, keçmiş prezident Manuel Zelaya ilə Çin-Honduras əlaqələrində yeni səhifə açdığını vurğulayıb.

Son vaxtlar diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında əlaqələrin dinamik və perspektivli inkişaf nümayiş etdirdiyinə diqqət çəkən Xi, ikitərəfli münasibətlərin daha da inkişaf səviyyəsinə yüksəldilməsi və əməkdaşlığa baxışın dəyişdirilməsi üçün Kastro ilə işləməyə hazır olduğunu qeyd edib.

Kastronun səfəri çərçivəsində bu gün Pekində Çin-Honduras yüksək səviyyəli işgüzar görüşü keçirilib.