Çinin yaxın gələcəkdə rəqəmsal valyuta buraxması xəbəri kriptovalyuta sektoru ilə bərabər maliyyə sənayesinə də öz təsirini göstərməyə başlayır.

İqtisaiyyat.Az kriptoinvest.az-a istinadən bildirir ki, maliyyə analitiki, treyder və teleaparıcı Max Keiser hesab edir ki, rəqəmsal yuanın ABŞ iqtisadiyyatını çökdürə bilər. Max Keiser: "Əgər Çin gözlənilmədən elan etsə ki, onun 20.000 ton qızılı və bu qızıl ilə təmin edilmiş kriptovalyutası var - bu  Amerika dollarının sonu deməkdir. Dollar üçün bu "Pearl Harbur"-a oxşar bir hadisə olacaq və yaxın 6-9 ay ərzində baş verə bilər."