Çinin Rusiya ilə ticarət dövriyyəsi ötən il 26,3% artaraq 240,11 milyard dollara çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, ötən il Çindən Rusiyaya ixrac 46,9% artaraq 110,97 milyard dollar təşkil edib. Çinin Rusiyadan idxalı isə 12,7% artaraq 129,14 milyard dollar olub. 

Dekabrda iki ölkə arasında ticarət dövriyyəsi noyabr ayı ilə müqayisədə 1,8% artaraq 21,9 milyard dollar təşkil edib. 

Dəyər baxımından Çinin Rusiyadan idxal etdiyi malların əsas hissəsini enerji resursları - neft, təbii qaz və kömür təşkil edir. Digər əsas idxal olunan məhsullara mis, ağac, yanacaq və dəniz məhsulları daxildir. 

 

Əli Ağayev