Çin ABŞ-nin Cənubi Çin dənizində hərbi güc nümayişi cəhdlərinə qəti şəkildə qarşıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib.

O, Filippin və Amerika hərbi gəmilərinin Cənubi Çin dənizində ilk birgə patrul xidməti haqqında məlumatı şərh edib: "Çin hesab edir ki, müvafiq ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçüncü tərəflərin maraqlarına zərər verməməli və regionda sülh və sabitliyə təhlükə törətməməlidir".

Çin Müdafiə Nazirliyinin sözçüsü həmçinin ABŞ-ni Tayvanla hər cür hərbi əlaqələri dayandırmağa çağırıb: "Biz ABŞ-nin Çinin Tayvan bölgəsi ilə hər cür rəsmi təması və ona silah satışının qəti əleyhinəyik".

Bütün bunlara görə, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib ki, Çin hakimiyyəti iki Amerika şirkətinə Tayvana silah satışında iştirak etdiklərinə görə sanksiya tətbiq etmək qərarına gəlib.