Bu il Çin müdafiə xərclərini 7,2% artıraraq 1,67 trilyon yuana (230,6 milyard dollar) çatdıracaq.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Bununla da Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. 2023-cü ildə Çin hərbi büdcəsini 7,2% artıraraq 1,55 trilyon yuana (təxminən 224,8 milyard dollar) çatdırıb.

Məlumata görə, bu il ölkədə iqtisadi artımın 5% olacağı proqnozlaşdırılır.

 

Gözəl Həşimova