Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon Düşənbəyə ikigünlük səfərə gələn Çinin xarici işlər naziri ilə görüşündə qeyd edib.

Tacikistan tərəfinin Çin ilə yaşıl və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq qurmaqda maraqlı olduğu vurğulanıb.

"Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarından biridir. Son on ildə Çinin Tacikistan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi 3,8 milyard dollar təşkil edib", - deyə Rəhmon bildirib.

 

Gözəl Həşimova