ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanan "Tibet-Çin mübahisəsinin həllini təşviq edən" qanun layihəsi Çinin daxili işlərinə kobud müdaxilədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin XİN sənədin beynəlxalq münasibətlərin əsas normalarını pozduğunu qeyd edib. Bundan əlavə, qanun layihəsi Çinin daxili işlərinə kobud müdaxilə adlandırılıb, onun ÇXR-in maraqlarına xələl gətirdiyi və Tibetin müstəqilliyini müdafiə edən qüvvələrə yanlış siqnal verdiyi vurğulanıb.

Çin tərəfi kəskin etirazını bildirib və ABŞ-yə sərt bəyanatlar verib. Çin XİN əlavə edib ki, Tibet Çinin bir hissəsidir.

Qeyd edək ki, Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Liu Penqyu bildirib ki, Çin Amerika administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərə simmetrik cavab verməyə hazırdır. O, bir neçə Çin rəsmisinə qarşı viza məhdudiyyətlərini pisləyib.

 

Sadiq Cavadov