Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-la ticarət danışıqlarının növbəti mərhələsini ləğv edə bilər.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, söhbət Trampın bir neçə Çin məhsuluna gömrük rüsumunun qoyulması ilə bağlı bəyanatından gedir.

Qəzet yazır ki, Çin Trampın hədələrindən son dərəcə narahatdır və "təzyiq altında" danışıqlar aparmaqdan imtina edə bilər.

Eyni zamanda belə bir qərar Pekinin Vaşinqtonla danışıqlarda strategiyasına uyğundur.

Daha əvvəl Donald Tramp mayın 10-dan Çin mallarına tətbiq edilən gömrük rüsumunu 10 faizdən 20-dək artıracağını vəd edib.