Bu ilin yanvar-fevral aylarında Çin və ABŞ-nin ticarət dövriyyəsi 0,7% artaraq 99,55 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, Çindən ABŞ-yə ixrac 5% artaraq 73,42 milyard dollara, ABŞ-dən idxal isə 9,7% azalaraq 26,13 milyard dollara düşüb.

Beləliklə, Çinin ABŞ ilə ticarət profisiti iki ayda 14,5% artaraq 47,29 milyard dollara çatıb.

 

Gözəl Həşimova