Çinin xarici işlər naziri Çin Qanq amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığında Vaşinqtonu rəqabət adı altında Çinin əsas maraqlarına və təhlükəsizliyinə zərər vurmamaq barədə xəbərdarlıq edib.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, iki ölkə arasında hava şarının yaratdığı böhran səbəbiylə Blinkenin ləğv edilən Pekin səfəri bu həftə reallaşacaq.

Çin Qanq telefon görüşməsində Çin-ABŞ münasibətlərindəki əsas məsələlərlə bağlı mövqeyini təkrarlayaraq, ABŞ-ı Çinin daxili işlərinə qarışmamağı, rəqabət adı altında onun suveren təhlükəsizliyi və inkişaf maraqlarına zərər verməyi dayandırmağını bildirib.