Çin martın 14-dən 6 ölkə vətəndaşlarına vizasız gediş-gəliş təklif edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Onun sözlərinə görə, İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq vətəndaşları vizasız Çinə gediş-gəliş imkanı əldə edəcəklər.