Çin çip sənayesinin inkişafını dəstəkləmək və ABŞ-nin sektorda artım sürətini məhdudlaşdırmaq üçün ölkənin ən böyük yarımkeçirici investisiya fondunu yaradıb.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çin yarımkeçirici sənayesini dəstəkləmək üçün 47,5 milyard dollarlıq ölkənin ən böyük yarımkeçirici investisiya fondunu yaradıb.

Məlumata görə, "National Integrated Circuit Industry" fondu mərkəzi hökumətdən və müxtəlif dövlət bankları və müəssisələrindən 344 milyard yuan (47,5 milyard dollar) cəlb edəcək.

 

Gözəl Həşimova