Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəlib.

Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.

Eyni zamanda Kahramanmaraşda Ceyhun Bayramovun həmkarı Mövlud Çavuşoğlu ilə mətbuat konfransının keçirəcəyi nəzərdə tutulub.