Premyer Liqanın iki klubu "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu transfer etməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, "Qırmızı şeytanlar" yarımmüdafiəçisini qışda komandadan göndərmək istəyir. Erik ten Haqla münasibəti yaxşı olmayan Sanço “Aston Villa" və "Kristal Pelas"dan təklif alıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2021-ci ildə “Borussiya”dan (Dortmund) “Mançester Yunayted”ə keçib.