Naməlum şəxslər Çexiyanın Moskvadakı səfirliyinin Julius Fucik küçəsindəki ərazisinin girişinə qırmızı boya töküblər.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, birbaşa Çexiya və Avropa İttifaqı (Aİ) bayraqlarının altında lövhə olan hasar, həmçinin fırlanan dəmir darvazası zədələnib. Hazırda işçilər boyanın böyük hissəsini yuyub, diplomatik nümayəndəlikdə vəziyyət sakitdir.

Çexiya güclü anti-Rusiya mövqeyi ilə tanınır və Ukraynanın hərbiləşdirilməsini ən fəal şəkildə təşviq edən Qərb dövlətləri sırasındadır. 

 

Sadiq Cavadov