Çexiya parlamentinin deputatları 10 saat çəkən müzakirələrdən sonra ölkədə koronavirusla bağlı tətbiq edilən fövqəladə halın müddətinin mayın 17-dək uzadılması barədə qərar qəbul edib.

“RİA Novosti” xəbər verir ki, Çexiyada martın 12-i tətbiq edilən fövqəladə hal aprelin 30-dək uzadılmışdı.

Qeyd etmək lazımdır ki, hökümət parlamentin müvafiq qərarı olmadan bu məhdudiyyəti 30 gündən artıq uzada bilməz.

Aprelin 28-i çıxış edən ölkənin Baş naziri Andrey Babiş, Səhiyyə naziri Adam Voytex və digər nazirlər fövqəladə halın mayın 25-dək uzadılmasının məqsədəuyğun olduğunu bildiriblər. Lakin müxalifət nümayəndələri nazirlərin çıxışlarının inandırıcı olmadığını vurğulayıblar.

Nəticədə hamını qane edən variant seçilib. Parlament fövqəladə halın mayın 17-dək uzadılması barədə qərar qəbul edib.