Panamanın keçmiş prezidenti Rikardo Martinelli çirkli pulların yuyulmasında ittiham olunaraq 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Panamada yenidən prezidentlik yarışına hazırlaşan 71 yaşlı Martinelli barəsində media şirkəti satın alaraq çirkli pulların yuyulması ittihamı ilə hökm elan edilib. 

2015-ci ilin dekabrında barəsində həbs qərarı çıxarılan Panamanın keçmiş prezidenti Rikardo Martinelli 2017-ci ildə ABŞ-də saxlanılıb və 2018-ci ilin iyununda ölkəsinə ekstradisiya edilib. Martinelliyə qarşı korrupsiya ittihamları ekstradisiya ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Panama məhkəməsi 2019-cu ilin avqustunda Martinelliyə qarşı irəli sürülən 2009-2014-cü illərdə "ən azı 150 adamın telefonunu dinləməklə casusluq etmək və bu casusluq üçün dövlət vəsaitlərindən istifadə etmək" ittihamını ləğv edərək, ona bəraət qazandırmışdı.