Cənubi Afrika Respublikası eşitmə cəhətdən fiziki məhdudiyyətli insanların istifadə etdiyi işarə dilini ölkənin 12-ci rəsmi dili elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı Cənubi Afrika Prezidenti Cyril Ramafosa imzalayıb.

Mərasimdə çıxış edən Ramafosa işarə dilinin rəsmi dil olaraq qəbul edilməsinin Cənubi Afrika demokratiyası üçün önəmli mərhələlərdən biri olduğunu bildirib.

"Biz işarət dilində ünsiyyət quran insanların hüquqlarını genişləndirməyi və cəmiyyətdə onların ləyaqətini yüksəltməyi hədəfləyirik", - Ramafosa bildirib.

Beləliklə, Cənubi Afrika Keniya, Zimbabve və Uqandadan sonra eşitmə cəhətdən fiziki məhdudiyyətli insanların istifadə etdiyi işarə dilini rəsmi dil kimi qəbul edən 4-cü Afrika ölkəsi olub.

İşarə dili, Afrikaans, Zulu, Svati, Xosaka, Tsonqo, Venda, Tsvana, Sotho, Şimali Soto, Cənubi Ndebel və İngilis dili də daxil olmaqla 11 dilin rəsmi danışıldığı ölkədə 12-ci rəsmi dil kimi qeydə alınıb.