Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Qəzza zolağında erkən və tam atəşkəsə çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, o, Cənubi Afrikanın fələstinliləri dəstəkləyən partiya və hərəkatları ilə görüşündən sonra Yohannesburqda keçirdiyi mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.

"Qəzzada tam və sürətli atəşkəsə ehtiyac var. Şahid olduğumuz hadisələr, Qəzzada uşaqların və qadınların bu qədər vəhşicəsinə öldürülməsindən hamımız titrəməliyik, bu, hamımızı narahat etməlidir", - Ramafosa vurğulayıb. Prezident Qəzza zolağında baş verənləri Fələstin xalqına qarşı soyqırım adlandırıb.

Ramafosa vurğulayıb ki, Cənubi Afrika həmişə münaqişələrin sülh yolu ilə həllinə çağırıb: "Biz deyirik ki, dayanmaq lazımdır ki, danışıqlar davam etsin".