"BRİCS-ə üzvlük üçün 22 ölkədən rəsmi müraciət gəlib, bir o qədər ölkə də üzvlüyə qeyri-rəsmi maraq göstərir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə gələn ay BRİCS Liderlər Zirvəsinə ev sahibliyi edəcək Cənubi Afrika Respublikasından açıqlama verilib.

Cənubi Afrika Respublikası adından sammitin baş təşkilatçısı sayılan Anil Sooklal mətbuata açıqlamasında 15-ci BRİCS Liderlər Zirvəsinin üç günlük proqramını açıqlayıb.

Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə sammitə qatılacağını bildirən Sooklal deyib: "Prezident Putin Cənubi Afrikanın üzləşdiyi dilemmanı anlayır və sammiti təhlükəyə atmaq və Cənubi Afrika üçün problem yaratmaq istəmir. Bu, BRİCS əməkdaşlığının gücüdür".

Zirvəyə 69 ölkədən liderlərin dəvət edildiyini qeyd edən Sooklal, builki sammitin indiyə qədər keçirilən ən böyük BRİCS sammiti olacağına inandıqlarını bildirib.