Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, son oyunlardan sonra yarımfinala yüksələn daha iki komandanın adına aydınlıq gəlib.

"Mançester Siti" Almaniyada "Bavariya" ilə heç-heçə edib - 1:1. İki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf "şəhərlilər" olub. "Mançester Siti" yarımfinalda "Real"la üz-üzə gələcək.

Gecənin digər matçında "İnter" azarkeşləri önündə "Benfika" ilə üz-üzə gəlib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Komandalar arasındakı ilk matçda italyanlar qələbə qazanıb - 2:0. Adını yarımfinala yazdıran "İnter" bu raundda əzəli rəqibi "Milan"la qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

19 aprel

“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:1

Qollar: Y.Kimmix, 83 (pen.) - E.Holann, 57

İlk oyun – 0:3

 

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) - 3:3

Qollar: N.Barella, 14, L.Martines, 66, X.Korrea, 78 - Arsnes, 38, Antonio Silva, 86, P.Musa, 90+5

İlk oyun – 2:0