Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, turnirin son qalibi "Real" İngiltərədə "Çelsi"nin qonağı olacaq. Madrid təmsilçisi ilk oyunda 2:0 hesablı qələbə qazanıb.

Gecənin digər matçı İtaliyada baş tutacaq. A Seriyasında lider olan "Napoli" burada "Milan"la qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda "qırmızı-qaralar" qələbə qazanıb - 1:0.

Hər iki görüş saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

23:00 Çelsi (İngiltərə) - Real (İspaniya)

İlk oyun - 0:2

23:00 Napoli (İtaliya) - Milan (İtaliya)

İlk oyun - 0:1