"Çelsi"nin yeni baş məşqçisi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki,  "zadəganlar"ı mövsümün sonuna qədər müvəqqəti Frenk Lempard çalışdıracaq. 

"Çelsi" yeni mövsüm üçün baş məşqçi postuna Luis Enrike və ya Yulian Naqelsmannı gətirmək istəyir. Klub rəhbərliyi hər iki mütəxəssislə danışıqlar aparır.

Lempard 2019-cu ilin iyunundan 2021-ci ilin yanvarında qədər "zadəganlar"ı çalışdırıb.