"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klubun bəzi futbolçularının maaşı azalacaq.

İqtisadiyyat.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu, London təmsilçisini amerikalı iş adamı Todd Boulinin almasından sonra klubun transfer etdiyi futbolçulara aid olacaq. Həmçinin, azalma müqavilənin müddətini yeni uzadanlara da təsir edəcək. Bəzi futbolçuların maaşları ən azı 30 faiz azalacaq.

"Çelsi" Premyer Liqada 31 oyundan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqası zonasından 23 xalla ayrılıb. Növbəti mərhələdə Frenk Lempardın komandası səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq (22 aprel).