Çelsi" qış "transfer pəncərəsi" zamanı heyətini forvardla gücləndirmək istəyir.

İqtisadiyyat.az "The Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" "İnter"in forvardı Lautaro Martinesi transfer etmək niyyətindədir.

Artıq bununla bağlı "nerazzura"ya rəsmi təklif də edilib.

Lakin "İnter" rəhbərliyi argentinalını satmaq istəmir.

26 yaşlı forvard İtaliya A Seriyasında 16 matçda iştirak edib, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.

Onun "İnter"lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.