Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
İqtisadiyyat.az-ın məlumatına görə, hadisə rayonun Adnalı kəndi ərazisində qeydə alınıb.
"Ford" markalı avtomobillə "VAZ" markalı avtomobillər toqquşub.
Nəticədə 5 nəfər rayon sakini - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyev xəsarət alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.