İtaliya millisinin sabiq qapıçısı, "Parma" klubunun üzvü Canliuci Buffon da zəlzələ qurbanlarına dəstək olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə millisinin üzvü Merih Demiral məlumat verib. Qapıçı əlcəklərini hərraca çıxarılması üçün Merih Demirala göndərib.

Qeyd edək ki, əlcəyin satışından əldə edilən gəlir yardım fonduna köçürüləcək.