Türkiyənin Çanaqqala vilayətinin Ayvacık sahillərində 38 miqrant rezin qayıqlarda yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, icacəsiz hərəkət edən qrupu Sahil Təhlükəsizliyinin Şimali Ege Qrup Komandanlığı aşkar edib. 

Sahil mühafizə qruplarının keçirdiyi əməliyyatla Əfqanıstandan gələn 38 mühacir tutularaq Küçükkuyu Sahil Mühafizə Stansiya Komandanlığına gətirilib.

Daha sonra onlar Ayvacık Əcnəbiləri Geri Göndərmə Mərkəzinə aparılıb.