Çanaqqala boğazında əlverişsiz hava şəraiti və güclü axın səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə boğazda naviqasiyaya nəzarət departamenti məlumat yayıb.

"Pis hava şəraiti və güclü axınlar səbəbindən Türkiyə vaxtı ilə saat 13:30-dan Çanaqqala boğazında naviqasiya müvəqqəti olaraq dayandırılıb. Boğaza daxil olmağı planlaşdıran gəmilərin kapitanlarına müvəqqəti olaraq radio vasitəsilə xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Çanaqqala boğazı Egey dənizini Mərmərə dənizi və Qara dənizlə birləşdirir. 

 

Gözəl Həşimova