Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri 2024-cü il üçün qlobal inflyasiya proqnozunu artırıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun “Dünya İqtisadi Görünüş Hesabatı”nın oktyabr buraxılışında deyilir.

BVF gələn il üçün qlobal inflyasiya səviyyəsi ilə bağlı proqnozunu 5,2%-dən 5,8%-ə yüksəldib. Qurum hesab edir ki, gələn il əksər ölkələrdə inflyasiya səviyyəsi Mərkəzi Bankların müəyyən etdiyi hədəflərdən yuxarı qalmağa davam edəcək.

Ekspertlər xəbərdarlıq ediblər ki, ortamüddətli perspektivdə bu amil qlobal iqtisadiyyatın onsuz da aşağı olan artım templərini zəiflədə bilər.

 

Gözəl Həşimova