Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva 23-27 mart tarixlərində Çinə səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BVF-nin sözçüsü Julie Kozak jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Martın 23-dən 27-dək icraçı direktor Kristalina Georgieva və birinci müavini Gita Qopinat Pekinə səfər edəcək. Onlar hökumət rəsmiləri ilə danışıqlar aparacaqlar", - o bildirib. Kozak əlavə edib ki, BVF direktoru martın 24-də Pekin İnkişaf Forumunda, Qopinat isə Boao Asiya Forumunda video mesajla çıxış edəcək.

BVF sözçüsü Georgievanın mart ayında Böyük Britaniya və Bolqarıstana səfər edəcəyini də bildirib. Martın 11 və 12-də fondun direktoru Sofiyada Bolqarıstan rəhbərliyi ilə görüşəcək, martın 14-də isə Böyük Britaniyanın Kembric şəhərində çıxış edəcək.