Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda cari hesab balansı üzrə profisitin ümumi daxili məhsula (ÜDM) nisbətinin 16,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BVF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.

Hesabata görə, 2024-cü ildə Azərbaycanda cari hesab balansı üzrə profisitin ÜDM-yə nisbəti 15,7 %, 2028-ci ildə isə 7 % səviyyəsində olacağı proqnoz edilir.

 

Gözəl Həşimova