Himalay buzlaqlarının sürətlə əriməsi 1,9 milyard insanın şirin suya çıxışına təsir göstərə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) hesabatında qeyd olunub.

Məlumata görə, Himalay buzlaqlarının 2010-cu ildən bəri 65% daha sürətli əriməsi və qlobal istiləşmə səbəbilə qar örtüyünün azalması regionda yaşayan 2 milyarda yaxın insanın şirin suya çıxışına mənfi təsir göstərə bilər. Bundan əlavə, karbon qazı sürətli şəkildə azadılmasa, 21-ci əsrdə Himalay buzlaqlarının 80%-ni itirə bilər.

Qarşıdakı illərdə Himalay dağlarında artması gözlənilən daşqınlar və uçqunlar ilə buz itkisinin sürətlənəcəyi gözlənilir. Bu da dağların ətrafında yaşayan 240 milyon insana, eləcə də Hindistan, Pakistan və digər ölkələrdə 1 milyard 650 milyon insana mənfi təsir göstərə bilər.