Burkina Fasoda 30 sentyabr çevrilişi ilə hakimiyyətə gələn prezident İbrahim Traore hökumətinə qarşı çevriliş cəhdi olduğunu bəyan edib.


İqtisadiyyat.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Traore paytaxt Vaqaduquda qeyri-hökumət təşkilatlarının nümayəndələri və din xadimləri ilə görüşdə bildirib ki, ötən həftə hərbçilərdən ibarət bir qrup keçid hökumətini devirməyə cəhd edib.


Traore çevriliş cəhdinin “ətrafındakıların və vətəndaşların köməyi ilə” alındığını qeyd edib.


Təşəbbüsün arxasında kimin olduğunu bildiyini ifadə edən Traore, onları həbs etmək əvəzinə hələ də dialoqa üstünlük verdiyini vurğulayıb.


Traore bütün vətəndaşlardan keçid hökumətini dəstəkləməyi tələb edərək, ruhanilərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini “ayıq-sayıq” olmağa çağırıb.


Cəmi 34 yaşında olan kapitan Traore 30 sentyabrda çevrilişlə yenidən hakimiyyətə gələn Paul-Henri Damibanı devirərək idarəçiliyi ələ keçirib.